Bank Of Baku

Türkiyənin Bitlis əyalətində 5 polis əməkdaşı, 3 mülkü şəxs öldürülüb

Türkiyənin Bitlis əyalətində 5 polis əməkdaşı, 3 mülkü şəxs öldürülüb
# 18 oktyabr 2011 18:41 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Bitlis əyalətində PKK terrorçularının partlayıcı qurğunu işə salması nəticəsində 5 polis əməkdaşı həlak olub.
APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, terrorçular partlayıcı qurğunu Bitlis-Güroymak yolunun 5-ci kilometrliyində polisin zirehli maşını yoldan keçərkən işə salıblar. Partlayış nəticəsində polis maşını havaya uçub. Güclü partlayışdan yaxınlıqda olan 3 mülkü şəxs də həlak olub, 4 nəfər yaralanıb.
Yaralananlar Bitlis Dövlət Xəstəxanasına çatdırılıb.
Bölgədə təhlükəsizlik qüvvələri terrorçulara qarşı geniş əməliyyata başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR