Bank Of Baku

Hindistanda körpünün uçması nəticəsində 30-dan çox adam ölüb, 100-dən çox yaralı var

Hindistanda körpünün uçması nəticəsində 30-dan çox adam ölüb, 100-dən çox yaralı var
# 23 oktyabr 2011 10:04 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Qərbi Benqaliya ştatının Bicanbari kəndində baş verib. Oktyabrın 22-də axşam yerli sakinlər siyasətçilərin nitqini dinləmək üçün çayın üstündən keçən asma körpüyə çıxıblar. Körpü ağırlığa tap gətirməyərək uçub.

Yaralıların əksəriyyəti ağır vəziyyətdədir. Bu səbəbdən ölənlərin sayının artacağı gözlənilir.

Xilasetmə işləri bütün gecə boyu davam edib. Hadisə yerinə ordu qüvvələri də cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR