Bank Of Baku

ABŞ-ın Əfqanıstanın Qəndəhar vilayətindəki bazasına hücum edilib

ABŞ-ın Əfqanıstanın Qəndəhar vilayətindəki bazasına hücum edilib
# 28 oktyabr 2011 01:26 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Əfqanıstanın Qəndəhar vilayətindəki bazası hücuma məruz qalıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı binadan 3 terrorçu bazanı atəşə tutub. Daha sonra onlardan ikisinin öldürüldüyü bildirilir. Hücum NATO rəsmiləri tərəfindən təsdiq edilib. Koalisiya qüvvələri itki verməyib. Bir əfqan əsgəri hücum zamanı yaralanıb. Baza yaxınlığında partlayıcı maddələrlə dolu maşın aşkar edilib. Hücumun məsuliyyətini Taliban üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR