Bank Of Baku

Misirdə İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs azad edilib

Misirdə İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs azad edilib
# 28 oktyabr 2011 02:15 (UTC +04:00)
Bakı-APA. Misirdə casusluq ittihamı ilə həbs olunan 27 yaşlı İsrail vətəndaşı İlan Qrapel azad edilib və İsrailə qayıdıb.
APA-nın verdiyi xəbərə görə, Misir Qrapelin İsrailin “Mossad” xüsusi xidmət orqanının əməkdaşı olduğunu iddia edir. Onun azad olunması Misir və İsrail arasında dustaqların mübadiləsinə dair razılığa gəlməsindən sonra mümkün olub.
Öz növbəsində İsrail 25 Misir vətəndaşı olan dustaqları azad edib. Onlardan 3-ü azyaşlıdır və siqaret qaçaqmalçılığına görə həbs olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR