Bank Of Baku

Hindistanda Metallika rok-qrupunun konsertinin ləğv olunması iğtişaşlara gətirib çıxarıb

Hindistanda Metallika rok-qrupunun konsertinin ləğv olunması iğtişaşlara gətirib çıxarıb
# 29 oktyabr 2011 17:50 (UTC +04:00)
Bakı-APA. Hindistanın paytaxtı Dehlidə əfsanəvi Metallika rok-qrupunun konsertinin ləğv olunmasına etiraz olaraq, qrupun azarkeşləri konsertin keçiriləcəyi Qurqaon stadionunu darmadağın ediblər.
APA-nın verdiyi xəbərə görə, təşkilatçılar konsertin texniki səbəbdən təxirə salındığını elan etdikdən sonra minlərlə qəzəbli azarkeş stadionun səhnəsini, oturacaqları, texniki avadanlıqları dağıdıblar.
Metallika qrupunun Hindistanda ilk konserti, bu ölkədə keçiriləcək "Formula 1" yarışmasına həsr olunmalı idi.
Polis təşkilatçı şirkətin baş direktorunu və daha üç işçisini həbs edib. Olar dələduzluqda ittiham edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR