Bank Of Baku

Qəzzada döyüşçülər İsrail ərazisinə 12 raket buraxılıblar

Qəzzada döyüşçülər İsrail ərazisinə 12 raket buraxılıblar
# 29 oktyabr 2011 23:23 (UTC +04:00)
Bakı-APA. Qəzza bölgəsində yaraqlılar, İsrailin hərbi hava qüvvələrinin "İslami Cihad" Fələstin qruplaşmasının 5 üzvünü öldürdüyünə cavab olaraq İsrail ərazisinə 12 raket buraxıb.
APA-nın verdiyi xəbərə görə, nəticədə İsrailin Qan-Yavne şəhərinin iki sakini yaralanıb. Raketlərdən biri Aşdod şəhərində avtomobil dayanacağına düşüb və ərazidə yanğın baş verib. Yanğında 5 nəfər xəsarət alıb.
Xatırladaq ki, İsrail ekstremistlərin Aşdod şəhərinin yaxınlığındakı ərazini raket atəşinə tutmasına cavab olaraq Qəzza bölgəsinə hava zərbəsi endirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR