Bank Of Baku

İranın xarici işlər naziri: “İsraillə müharibəyə hazırıq”

İranın xarici işlər naziri: “İsraillə müharibəyə hazırıq”
# 03 noyabr 2011 14:49 (UTC +04:00)
İsrailin həmişə İranı təhdid etdiyini deyən XİN başçısı bildirib ki, bu yeni hal deyil: “İran istənilən təcavüz cəhdinə sərt reaksiya verəcək. Biz özümüzə çox inamlıyıq və ölkəmizin müdafiəsinə hazırıq”.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Ehud Barakın İrana hərbi zərbələr endirmək üçün kabinetdəki səslərin böyük əksəriyyətini qazanmağa çalışdığı barədə məlumatlar yer alıb.

Noyabrın 8-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüavə proqramına dair yeni hesabatı açıqlayacaq. İsrailin gələcək addımlarına məhz bu hesabatın həlledici təsir göstərəcəyi gözlənilir.

Dünən İran ordusunun baş qərargah rəisi Həsən Firuzabadi İsrailə İrana hücuma keçmək fikrindən daşınmağı məsləhət görüb. O bildirib ki, sionistlərin hücumuna cavab olaraq İran Silahlı Qüvvələri ABŞ və sionist rejiminə sarsıdıcı zərbələr endirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR