Bank Of Baku

Türkiyənin Van bölgəsində dağıntılar altından 14 nəfər sağ çıxarılıb

Türkiyənin Van bölgəsində dağıntılar altından 14 nəfər sağ çıxarılıb
# 10 noyabr 2011 00:41 (UTC +04:00)
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Vanda 25 bina uçub, bunlardan 21-də oktyabrın 23-də baş vermiş güclü zəlzələdən sonra yaşayan olmayıb. Uçan “Bayram” otelində 15 nəfər dağıntılar altında qalır. Digər uçan “Aslan” otelinin dağıntıları altından 12 nəfər sağ çıxarılıb.
Bölgədə geniş xilasetmə işləri aparılır.
Xatırladaq ki, Türkiyənin Van bölgəsində 5,6 bal gücündə zəlzələ Bakı vaxtı ilə 23.23-də (Türkiyə vaxtı ilə 21.23) baş verib. Zəlzələnin episentri Van vilayətinin 15 km-liyində yerləşən Edremit rayonuna düşür.
Qeyd edək ki, oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 600-dən çox insan ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR