Bank Of Baku

İranın ali dini lideri: “ABŞ və İsrail nüvə obyektlərimizə zərbə vursalar, layiqli cavab alacaqlar”

İranın ali dini lideri: “ABŞ və İsrail nüvə obyektlərimizə zərbə vursalar, layiqli cavab alacaqlar”
# 10 noyabr 2011 13:21 (UTC +04:00)
APA-nın məlumatına görə, İranın dini lideri deyib ki, “Sionist rejim, ABŞ və onların müttəfiqləri bilməlidir ki, istənilən hücum və təhdidə layiqli cavab veriləcək. İslam İnqilabı Keşikçiləri, ordu və millətimiz bu təhdidlərə güclü zərbələri və dəmir yumruqları ilə cavab verəcəklər”.

Qeyd edək ki, Əli Xamneyi mətbuatda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatından hissələr dərc olunduqdan sonra ilk dəfə belə sərt bəyanatla çıxış edib.

Hesabatda bildirilir ki, İran 2003-cü ilə kimi nüvə silahının yaradılması istiqamətində işlər aparıb, bu kimi işlərin hazırda da aparılması mümkündür. Rusiya Xarici İşlər Nazirliyinin hesabata şərhində bildirilir ki, sənəddə yeni faktlar əks olunmayıb, hesabat yalnız indiyə kimi məlum olan faktların siyasi don geyindirilmiş məcmusundan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR