Bank Of Baku

Azərbaycanlı fəal Şərqi Azərbaycan vilayətinin baş prokuroruna məktub yazıb

Azərbaycanlı fəal Şərqi Azərbaycan vilayətinin baş prokuroruna məktub yazıb
# 12 noyabr 2011 13:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda azərbaycanlıların haqları uğrunda hərəkatın fəallarından olan Abdullah Səduqi İranın Şərqi Azərbaycan vilayətinin baş prokuroruna məktub yazıb.

APA-nın məlumatına görə, azərbaycanlı fəal məktubunda günahsız olduğunu, sadəcə Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz etdiyi üçün tutulduğunu və 60 gündən artıqdır qeyri-qanuni zindanda saxlanıldığını bildirib.

Hazırda Təbriz həbsxanasında saxlanılan Abdullah Səduqi məktubunda İranın Şərqi Azərbaycan vilayətinin baş prokurorunu ədalət kürsüsündə oturmuş bir insan kimi özü və onunla birlikdə tutulmuş digər azərbaycanlı fəallar haqda ədalətli qərar çıxarmağa çağırıb. Məktubunun sonunda azərbaycanlı fəal qanunsuz həbsinə və zindanda pis şəraitdə saxlanılmasına etiraz əlaməti olaraq noyabrın 11-dən aclıq aksiyasına başladığını bəyan edib.

Qeyd edək ki, Abdullah Səduqi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasiminə basqın zamanı təxminən 30 azərbaycanlı fəalla birlikdə həbsə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR