Bank Of Baku

İranda hərbi bazada və qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB

İranda hərbi bazada və qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 27-yə çatıb - <font color=red>YENİLƏNİB</font>
# 12 noyabr 2011 15:08 (UTC +04:00)
Qeyd edək ki, daha öncə 15 ölən və 10 yaralanan barədə məlumat verilirdi.

Partlayış İslam İnqilabı Keşikçiləri Korpusunun paytaxtdan 40 kilometr aralıda, Karay şəhərinin yaxınlığındakı Binqadeh bazasının anbarında baş verib. İlkin məlumata görə, partlayış silah-sursatın daşınması zamanı baş verib, daha sonra yanğın başlayıb. Hadisə yeri üzərində qara bulud görünür.

Əvvəlcə insidentin qaz anbarında baş verdiyi bildirilib. Sonradan bəlli olub ki, hərbi bazadan əvvəl Tehranın Şahi-Qüds rayonundakı qazdoldurma stansiyasında partlayış olub. Hadisənin başvermə səbəbləri və qurbanlar barədə məlumat yoxdur.

Hər iki partlayış nəticəsində yaxınlıqdakı evlərin şüşələri sınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR