Bank Of Baku

Suriya Ərəb Dövlətləri Liqasının qərarını pisləyib

Suriya Ərəb Dövlətləri Liqasının qərarını pisləyib
# 12 noyabr 2011 18:49 (UTC +04:00)
Bakı-APA. Suriyanın Ərəb Dövlətləri Liqasındakı nümayəndəsi Yusif Əhməd ölkəsinin bu təşkilatda üzvlüyünün dayandırılmasını pisləyib. Bu barədə APA BBC-yə istinadən məlumat verir.

Yusif Əhmədin sözlərinə görə, Suriyaya dair qətnamə təşkilatın nizamnaməsi pozulmaqla qəbul edilib. O bildirib ki, qətnamə ABŞ və Qərb ölkələrinin maraqlarına cavab verir.

Bu gün Ərəb Dövlətləri Liqası Suriyanın təşkilatdakı üzvlüyünü dayandırıb. Qətərin xarici işlər naziri Şeyx Həməd bin Casem bildirib ki, bu qərarın qəbul edilməsinə Dəməşqin ölkədəki böhranın həll edilməsi ilə bağlı ƏDL-in planının şərtlərini pozması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR