İran və İsrail: Hərbi potensialın müqayisəsi
İran ordusu iki müstəqil strukturdan ibarətdir – İran Silahlı Qüvvələri və İslam Keşikçiləri Korpusu. Ümumilikdə İran ordusunun şəxsi heyətinin sayı 523 min nəfərdir. Bunun 450 mini Quru Qoşunlarında, 43 mini Hərbi Dəniz Qüvvələrində, 30 mini isə Hərbi Hava Qüvvələrində və Hava Hücumundan Müdafiə qoşunlarında xidmət edir. Əlavə olaraq ehtiyatda 350 min canlı qüvvə mövcuddur ki, bunun 40-60 mini yarımhərbi qurumların əməkdaşlarıdır. Bundan başqa, İslam Keşikçiləri Korpusunun “Bəsic” adlı rəsmi olaraq 12,6 milyon nəfərin üzv olduğu müqavimət gücü də var.
İran ordusunun arsenalında təxminən 1700 tank (ən müasirləri Rusiya istehsalı olan 420 ədəd T-72 və İran istehsalı olan 100 ədəd “Zülfüqar”), 610 ədəd piyadaların döyüş maşını, 640 ədəd zirehli nəqliyyat vasitəsi, təxminən 200 helikopter (“Cobra”, “Chinook”, “Mi-17”, “Mi-8”) və 8200 vahid artilleriya vasitəsi var. İran Hərbi Dəniz Qüvvələrinin əsas gücü Rusiya istehsalı olan "Paltus" 877 EKM layihəli 3 ədəd sualtı qayıqdan ibarətdir. Bu qayıqların tikintisinə 1990-cı illərdə başlanıb. Sualtı donanmaya həmçinin İran istehsalı olan 7 ədəd “Qadir” və 3 ədəd “Əl-Sabehat” seriyalı mini-sualtı qayıqları daxildir.
Bundan başqa, İranın dəniz sularını “Əlvənd” tipli 4 freqat, “Bayandur” tipli 3 korvet, katerlər və mina-tral gəmilərindən ibarət donanma, həmçinin “HY-2 Silkworm” və “YJ-2” raketləri ilə təchiz edilmiş sahil raket batareyaları qoruyur.
İran Hərbi Hava Qüvvələrinin inventarı təxminən 130-u qırıcı (ABŞ istehsalı olan F-1, F-5, F-7, F-14 və Rusiya istehsalı olan “An-29”) və 170-i hücumçu (“Su-25”, “Su-24” və F-4) olmaqla 300 təyyarədən ibarətdir. Jurnal yazır ki, İranın hərbi hava parkının 60%-i əsaslı təmirə ehtiyac duyur.
Hava hücumuna qarşı müdafiəni isə “S-200” zenit-raket kompleksləri, 45 ədəd “S-75”, 29 ədəd “Tor-M1” və başqa zenit-raket sistemləri təmin edir. Bundan başqa, İran 1,5 min km maksimal uzaqlığa malik 12-18 ədəd “Şahab” ballistik raketlərinə malikdir.
İsrail Müdafiə Ordusunda (SAXAL) isə 176,5 min insan (133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində) xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir. Müharibə halında İsrail ehtiyatdan təxminən 560 min nəfəri orduya çağıra bilər.
SAXAL-ın arsenalına 3500 döyüş tankı daxildir. İsrail ordusunun əsas zərbə gücünü 1500 maşından ibarət “Merkava” tankları təşkil edir. İsrail bu sahədə İranı üstələyir. SAXAL həmçinin 100 ədəd “Magach-7” tankına, müxtəlif modifikasiyalı 560 ədəd M-482679656 E 3B və 700 ədəd ABŞ istehsalı olan köhnə M-60, 200 ədəd Britaniya istehsalı olan “Centurion” tankına sahibdir. SAXAL-ın arsenalında 10,5 min zirehli maşın və 5,5 min vahid artilleriya vasitəsi (620 vahid özüyeriyən, 450 vahid yedəklənən, 220 reaktiv yaylım atəş və 4100 minaatan) yer alır.
İsrail hərbi donanmasının tərkibində 3 ədəd 877 EKM layihəli “Dolphin” sualtı qayığı, “Eilat” tipli 3 korvet və təxminən 60 kater daxildir.
460 təyyarədən ibarət İsrailin Hərbi Hava Qüvvələri bölgədə ən güclü hesab edilir. Bunun 170-i qırıcı (ABŞ istehsalı olan F-15 və F-16), 270-i hücumçu (ABŞ istehsalı olan A-4, F-4, F-16D, F-16I, İsrail istehsalı olan "Kfir") təyyarədir. İsrailin hərbi aviaparkına 80 döyüş helikopteri (“Cobra”, “Apache”), hava hücumundan müdafiəsinə isə 3 “Arrow” zenit-raket batareyası, 6 “Patriot” batareyası və 17 “Improved Hawk” batareyası daxildir.
İsrailin əlində 6,5 min kilometrə qədər uzaqlıqdakı hədəflərə qarşı tətbiq oluna bilən “Jericho” raketlərinə qurulmuş 200 nüvə döyüş başlığının olduğu da güman edilir. İsrail özündə kütləvi qırğın silahının olduğunu nə təsdiq, nə də inkar edir.
Asiya
İran Mərkəzi Bankı dondurulmuş aktivlərin həcmini 24 mlrd. dollar qiymətləndirir
Bəqayi: İranın müdafiə qabiliyyəti və raket gücü ABŞ-la müzakirə mövzusu olmayıb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
Xəbər Lenti
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
Rusiya Krivoy Roqu ballistik raketlərlə vurub: 3 nəfər ölüb, 19 yaralı var
Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul edilən əməkdaşların andiçmə mərasimi olub
İmişlidə ticarət obyektində yanğın söndürülüb- FOTO - VİDEO
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar
Lavrov: Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazırıq
Ukrayna ordusu Kerçdə İES-i vurub, Krımın yarısı işıqsız qalıb
Kobaxidze: AŞPA özünü tamamilə dəyərsizləşdirib
İran Mərkəzi Bankı dondurulmuş aktivlərin həcmini 24 mlrd. dollar qiymətləndirir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Rusiya ordusu Ukraynanın 450-dən çox dronunu vurub
Lavrov Zelenskinin təhdidlərinə cavab verib: Rusiya Belarusu müdafiə etmək üçün hər şeyə hazırdır
ABŞ Konqresində azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair konfrans keçiriləcək
Şahmar Mövsümov: Kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qaxda regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
İH başçısı: Bu il Şəkidə tütün istehsalının 6 min tona çatdırılması proqnozlaşdırılır
Bəqayi: İranın müdafiə qabiliyyəti və raket gücü ABŞ-la müzakirə mövzusu olmayıb
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım edib - VİDEO
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
Qubada xeyli narkotik dövriyyədən çıxarılıb
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Kənd təsərrüfatı torpaqlarının konsolidasiyasına dair tələblər olacaq