Bank Of Baku

İran prezidenti postuna sabiq namizədin oğlunun meyiti tapılıb

İran prezidenti postuna sabiq namizədin oğlunun meyiti tapılıb
# 14 noyabr 2011 15:06 (UTC +04:00)
APA-nın məlumatına görə, Dubay polisi Əhməd Rezayinin intihar etdiyi versiyasını irəli sürür. Onun meyiti şənbə günü axşam saatlarında aşkarlanıb, ekspertlər ölüm aktının bundan 12 saat əvvəl gerçəkləşdiyini müəyyənləşdiriblər. Dubay polisi ölən şəxsin adını açıqlamaqdan imtina edib, polisdən yalnız bildiriblər ki, “Qloriya” mehmanxanasında iki aydır burada yaşayan amerikalı vətəndaşı meyiti tapılıb. Əhməd Rezayi Dubaya dörd ay əvvəl işlə əlaqədar gəlibmiş.

Qeyd edək ki, Əhməd Rezayinin artası Möhsün Rezayi İslam İnqilabının Keşikçiləri Korpusunun sabiq komandanı olub, o hazırda İranın ali dini lideri Əli Xamneyinin yanında nüfuzlu məşvərətçi orqanının – Siyasi Məqsədyönlülük üzrə Şuranın baş katibidir. Artıq İran parlamentinin rəhbəri Əli Laricani Möhsün Rezayiyə başsağlığı verib.

Meyiti tapılmış Əhməd Rezayi 1988-ci ildə İranı tərk edərək ABŞ-a köçüb. O ayətulla Xamneyini və sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncanini bir sıra dissidentlərin və ziyalıların qətlinə görə məsuliyyət daşımaqda ittiham edib. O zaman Rezayinin atası bildirib ki, oğlu psixi xəstədir və ABŞ xüsusi xidmət orqanlarının casusları tərəfindən aldadılıb. Əhməd Rezayi 2005-ci ildə İrana qayıdıb, 2009-cu ildə isə yenidən ABŞ-a köçüb.

Möhsün Rezayinin digər oğlu Əbdül Hüseyn Ruxolamini 2009-cu ildə İran həbsxanasında işgəncələr nəticəsində dünyasını dəyişib. O prezident seçkilərindən sonra Tehranda baş verən iğtişaşlar zamanı həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR