Bank Of Baku

Küveyt İrana qarşı hərbi hücuma hazırlaşır

Küveyt İrana qarşı hərbi hücuma hazırlaşır
# 14 noyabr 2011 19:50 (UTC +04:00)
Bakı-APA. Küveytdə İrana qarşı hərbi əməliyyatlar zamanı 6-8 aylıq müddətə ərzaq və tibbi ləvazimat toplanması barədə hökumət proqramı yerinə yetirilib. APA-nın Kuwait Times-a istinadən verdiyi məlumata görə, bu proqram 2007-ci ildə qəbul olunub.

Plan əmirliyin hərbi və mülki infrastrukturunu mümkün münaqişəyə hazırlamağı nəzərdə tutur. Məqsəd münaqişənin küveytlilərin gündəlik həyatına minimal təsirini təmin eləməkdir.

Ölkənin mümkün fövqəladə vəziyyətə hazırlanması üzrə xüsusi komitəyə daxili işlər, xarici işlər və səhiyyə nazirləri daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR