Bank Of Baku

Suriyada qarşıdurmalarda 75 nəfər həlak olub

Suriyada qarşıdurmalarda 75 nəfər həlak olub
# 15 noyabr 2011 03:48 (UTC +04:00)
Bakı-APA. Noyabrın 14-ü Suriyada son ayların ən qanlı günlərindən biri kimi yadda qalacaq. Hökumət əleyhinə çıxışların mərkəzi olan Deraa şəhərində güc strukturları 16 nəfəri qətlə yetiriblər. Hökumət qoşunları özləri isə 19 nəfəri itiriblər.

Deraa ətrafında baş verən qarşıdurmada isə 40 nəfər qətlə yetirilib. Onlardan 20-si nümayişçi, 20-si isə hərbçidir.

Suriya hüquq müdafiəçiləri hərbçilərin nümayişçilərə atəş açmaq istəməyən yoldaşlarını özlərinin qətlə yetirdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR