Bank Of Baku

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları azadlıqdan məhrum edib

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları azadlıqdan məhrum edib
# 16 noyabr 2011 00:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəallar Yürüş (Ayət) Mehrəlibəyli və doktor Lətif Həsənlini 18 ay azadlıqdan məhrum edib. APA-nın məlumatına görə, onların məhkəmə prosesi oktyabrın 31-də keçirilsə də, qərar azərbaycanlı fəallara yeni açıqlanıb. Yürüş (Ayət) Mehrəlibəyli və doktor Lətif Həsənli İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaq, qanunsuz olaraq GAMOH təşkilatını yaradaraq idarə etmək, ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, Azərbaycan Respublikasına casusluq etmək, İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyiyə təhqiramiz ifadələr söyləməkdə günahlandırılıblar. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.
Qeyd edək ki, azərbaycanlı fəallar 2010-cu ilin aprelində tutulub və 9 aya yaxın həbsdə qalıblar. Daha sonra onlar 100 min ABŞ dolları zəmanətlə müvəqqəti azadlığa buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR