Bank Of Baku

İranda azərbaycanlı jurnalist həbs olunub

İranda azərbaycanlı jurnalist həbs olunub
# 18 noyabr 2011 16:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Noyabrın 18-də İranda tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Davud Xudakərəmi həbs olunub.

APA-nın məlumatına görə, azərbaycanlı fəal bu gün səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Zəncan şəhərində küçədə tutularaq naməlum istiqamətdə aparılıb. Hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Davud Xudakərəmi Zəncanda Azərbaycan və fars dillərində çıxan “Bayram” aylıq jurnalının əməkdaşıdır. Eyni zamanda azərbaycanlı jurnalist başqa qəzetlərlə də əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR