Bank Of Baku

Əli Əsgər Sultaniyə: «İran nüvə enerji proqramından imtina etməyəcək»

Əli Əsgər Sultaniyə: «İran nüvə enerji proqramından imtina etməyəcək»
# 19 noyabr 2011 14:35 (UTC +04:00)
APA-nın «Fars» agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Beynəlxalq Atom Enerjisi üzrə Agentlikdəki (MAGATE) nümayəndəsi Əli Əsgər Sultaniyə bildirib.

MAGATE İdarə Heyətində İrana qarşı 32 lehinə və 2 səs əleyhinə olmaqla qəbul edilən qərar layihəsinin əvvəlkilərdən heç də fərqlənmədiyini deyən Sultaniyə «Qərbin İrana yönəlmiş əsassız ittihamlarına son layihədə də yer verildi» deyə bildirib. O, ölkəsinin atom enerjisi proqramının mülki məqsədlərdən kənara çıxması barədə bir dəlilin belə o layihədə yer almadığını vurğulayıb.

«İran uranın zənginləşdirilməsini dayandırmadan atom enerjisi sahəsində fəaliyyətini davam etdirəcək. Bununla bərabər MAGATE müfəttişləri də tədqiqatlarını davam etdirəcəklər», - deyə İran rəsmisi əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR