Bank Of Baku

İranda “Etimad” qəzetinin nəşrinə qadağa qoyulub

İranda “Etimad” qəzetinin nəşrinə qadağa qoyulub
# 20 noyabr 2011 11:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə mətbu orqanın baş redaktoru İlyas Həzrəti bildirib. Onun sözlərinə görə, Tehran vilayətinin prokuroru qəzeti yalan xəbərlər yaymaqda, dövlət məmurlarına iftira atmaqda günahlandıraraq, İran Mədəniyyət və İslami İrşad Nazirliyinə yazılı müraciət edib. Nazirlik də müraciəti nəzərə alaraq qəzetin nəşrini dayandırıb.

Qeyd edək ki, İranda islahatçı qüvvələrə yaxın sayılan qəzetin qapadılmasına ölkə prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA agentliyinin icraçı direktoru Əli Əkbər Cavanfikirin müsahibəsinin dərc edilməsi ehtimal olunur.

Əli Əkbər Cavanfikir həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR