Bank Of Baku

ETTELAAT əməkdaşları İran prezidentinin müşavirini həbs etmək istəyərkən insident baş verib

ETTELAAT əməkdaşları İran prezidentinin müşavirini həbs etmək istəyərkən insident baş verib
# 21 noyabr 2011 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla yanaşı, ETTELAAT əməkdaşları İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikirin əl-qolunu qandallayaraq özləri ilə aparmaq istəyərkən insident baş verib. Nəticədə nazirlik işçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Bundan əlavə, müqavimət göstərənlərdən 7 nəfəri həbs olunub.

Qeyd edək ki, Tehran Məhkəməsi Əli Əkbər Cavanfikiri bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm verib. Məhkəmə, həmçinin, onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. İran prezidentinin müşavirinə qarşı islam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları "Xatun" adlı xüsusi buraxılışda çap etmək ittihamı irəli sürülüb.

Əli Əkbər Cavanfikir barəsində belə bir qərarın çıxarılması onun İranda islahatçı qüvvələrə yaxın sayılan “Etimad” qəzetinə müsahibəsindən bir gün sonraya təsadüf edib. Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.

“Etimad” qəzetinin fəaliyyətinə isə 2 ay müddətinə qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR