Bank Of Baku

Tələbələrin Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası sona çatıb

Tələbələrin Böyük Britaniyanın Tehrandakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası sona çatıb
# 29 noyabr 2011 20:53 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis qüvvələrinin etirazçılara ultimatum verdikdən sonra tələbələr aksiyanı bitiriblər.
Bildirilir ki, tələbələr səfirliyin ərazisindən çıxıblar.

FARS agentliyinin verdiyi xəbərə görə, tələbələr Tehranın şimalında yerləşən səfirliyin ikinci binasından da çıxıblar.

Xatırladaq ki, bu gün İran polisi Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum zamanı girov götürülmüş altı nəfəri azad edib.
Səfirliyin qarşısında aksiya keçirən tələbələr səfirlik binasının şüşələrini sındırıblar, binada asılmış Böyük Britaniya bayrağını çıxarıblar.
Onlar səfirliyə aid bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək tələbələri səfirliyin ərazisindən çıxarmağa nail olmuşdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR