Bank Of Baku

Suriyada etiraz aksiyalarında tutulan 912 nəfər həbsdən azad edilib

Suriyada etiraz aksiyalarında tutulan 912 nəfər həbsdən azad edilib
# 30 noyabr 2011 13:57 (UTC +04:00)
APA-nın SANA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilir ki, sərbəst buraxılanlar “əlləri qana bulaşmayanlar”dır.

Lakin müxalifət liderləri aksiyalar zamanı tutulan minlərlə insanın hamısının həbsxanalardan buraxılmasını tələb edir, əks halda, sülh danışıqlarına başlamağın və böhranın aradan qaldırılmasının qeyri-mümkünlüyünü bildirirlər. Müxalifətin bu tələbini Ərəb Dövlətləri Liqası da dəstəkləyir.

Qeyd edək ki, Suriyada hökumət əleyhinə çıxışlar bu il martın ortalarında başlayıb. BMT-in rəsmi açıqlamasına görə, indiyədək etirazçılarla hökumət qüvvələri arasında baş verən silahlı toqquşmalarda 3500-dən çox insan həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR