Bank Of Baku

İranlı dissident ayətullah Fazil Lənkaranini terrorçu adlandırıb

İranlı dissident ayətullah Fazil Lənkaranini terrorçu adlandırıb
# 01 dekabr 2011 00:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ–da siyasi mühacir həyatı yaşayan, 7 il İran zindanında həbs çəkən tanınmış dissident yazıçı və jurnalist Əkbər Gənci yazdığı son məqaləsində ayətullah Məhəmməd Fazil Lənkəranini azərbaycanlı yazıçı Rafiq Tağı haqqında verdiyi fətvaya görə terrorçu adlandırıb. APA-nın məlumatına görə, Əkbər Gənci deyib ki, hər kəs terror hökmü versə, özü terrorçudur: “Əgər kiminsə fətvası əsasında bir nəfər qətlə yetirilərsə, bu hökmü verən adam qatil hesab olunmalı, mühakimə edilməli və cəzalandırılmalıdır. Ayətullah Məhəmməd Fazil Lənkərani da azərbaycanlı yazıçını kafir adlandırıb və hökm verib. Artıq bu yazıçı şovinizm ideyalarının qurbanı olub. Odur ki, ayətullah Məhəmməd Fazil Lənkərani terrorçudur. Yüksək dini titula malik olmaq terror hökmü verməyə əsas vermir. Dinli və ya dinsiz, müsəlman və ya qeyri-müsəlman, şiə və ya sünni, fərqi yoxdur, kim terror əməli törədirsə, deməli terrorçudur. Məşhur fars şairi Hafiz Şirazi zamanında deyib: “Allah adamının nişanı onun aşiqliyidir, cinayəti yox. Amma mən ölkənin rəhbərlərində bu əlaməti görmürəm. Nə edirsən et, amma xalqı incitmə. Bizim şəriətdə xalqı incitməkdən böyük günah yoxdur”. Ayətullahın kimisə kafir elan edib ona ölüm fətvası verməsi terrorizm mahiyyəti daşıyır. Dini onu tənqid edənlər və qarşı olanlar məhv etmirlər, dini bu cür terrorçu ideyaları dəstəkləyən rəhbərləri nüfuzdan salır. Ayətullahın hökmü ilə tənqidçinin qətlə yetirildiyini görən gənc təbii olaraq dinə nifrət etməyə başlayır. Məgər ayətullahlar dinin sahibidir? Dinin öz sahibi mütləq alim, mütləq qadir və sonsuz rəhmət sahibi Allahdır və Onun dinini qorumaq üçün terrorçu ayətullahlara ehtiyacı yoxdur. Əməlləri göstərir ki, terrorçu ayətullahlar dinin elmi mahiyyətinə inanmırlar. İnansaydılar, bütün məsələləri terrorla yox, ağılla həll etməyə çalışardılar. Məşhur fars şairi Sədi Şirazi deyib: “İbadət yalnız xalqa xidmət etməkdir”. Lakin terrorçu ayətullahlar Allahın verdiyi canı alır. İran xalqı rəhbəri ayətullah olan padşahlıq sisteminin caynaqlarında əsirdir. Dini rəhbərlər Allahın xalqına kömək etmək əvəzinə, terror əməllərinə dini don geyindirməyə çalışırlar. Mövlana deyir: “Təəssübkeşlik imandan deyil, xamlıqdandır”.
Qeyd edək ki, 2006-cı ildə ayətullah Məhəmməd Fazil Lənkərani “Avropa və biz” adlı məqaləsində islamı təhqir etdiyi iddiası ilə Rafiq Tağı barəsində ölüm fitvası verib. Məhəmməd Fazil Lənkərani 2007-ci ildə vəfat edib. Rafiq Tağı isə noyabrın 19-da “İran və qloballaşma qaçılmazlığı” məqaləsindən sonra Bakıda bıçaqlanıb və dörd gün sonra - noyabrın 23-də aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR