Bank Of Baku

İranın Xarici İşlər Nazirliyi Londonu cavab tədbirləri ilə hədələyib

İranın Xarici İşlər Nazirliyi Londonu cavab tədbirləri ilə hədələyib
# 01 dekabr 2011 03:09 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Mehmanpərəst İran hökumətinin xarici dövlətlərin səfirliklərinin əməkdaşlarını və əmlakının təhlükəsizliyini təmin etməsində aciz olması ittihamları rədd edib və bildirib ki, Britaniyanın Tehrandakı səfirliyinə edilmiş hücum gözlənilməz olub.

İran dövlət televiziyası ilə çıxış edən Mehmanpərəst deyib ki, Britaniya səfirliyi ilə bağlı hadisələr Londonun İran dövlətinə qarşı apardığı siyasətlə bağlı olub.

O deyib: “Sayıqlıq və görülmüş tədbirlər nəticəsində Britaniya diplomatlarından xəsarət alan olmayıb”.
Onun sözlərinə görə, “İran məhkəmə sistemi səfirliyə hücum edənlərlə məşğul olur. Onlar cəzalandırılacaq”.
Mehmanpərəst İranın Londondakı səfirliyin bağlanılmasını Böyük Britaniyanın "tələsik və düşünülməmiş” addımı kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR