Bank Of Baku

Hindistanda iki fermer rüşvətxorluğa etiraz edərək vergi müfəttişliyinin ofisinə 40 ilan buraxıb

Hindistanda iki fermer rüşvətxorluğa etiraz edərək vergi müfəttişliyinin ofisinə 40 ilan buraxıb
# 01 dekabr 2011 04:21 (UTC +04:00)
Bakı-APA. Hindistanın Uttar Pradeş ştatında iki fermer rüşvətxorluğa etiraz edərək yerli vergi müfəttişliyinin binasına kobralar daxil olmaqla, onlarla zəhərli ilan buraxıb.

APA-nın verdiyi məlumata görə, vergi müfəttişliyinin əməkdaşı bildirib ki, fermerlər ofisə daxil olaraq gətirdikləri üç kisədəki 40 ilanı otağa buraxıblar. Ofisin əməkdaşları təşviş içində binanı tərk ediblər. Bir qədər sonra polis əməkdaşları ilanları tutublar. Xəsarət alan olmayıb. Bildirilir ki, fermerləri bu addımı atmağa uzun müddətdir becərdiyi torpağa mülkiyyət sənədləri ala bilməməyi vadar edib. Məmurlar sənədlərin verilməsi müqabilində rüşvət tələb ediblər.
Uttar Pradeş ştatının rəhbərliyi bu formada rüşvətxorluğa qarşı mübarizəni qəbul olunmaz adlandırıb. Polis fermerlər barədə axtarış elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR