Bank Of Baku

Qırğızıstanın prezidenti Almazbek Atambayevin andiçmə mərasimi olub

Qırğızıstanın prezidenti Almazbek Atambayevin andiçmə mərasimi olub
# 01 dekabr 2011 07:11 (UTC +04:00)
APA-nın Mərkəzi Asiya müxbirinin məlumatına görə, A. Atambayev Konstitusiyaya and içdikdən sonra çıxış edərək ölkənin gələcəyi üçün əlindən gələni edəcəyini bildirib.

O, çıxışında ölkənin cənub bölgəsində keçən il baş verən özbək-qırğız qarşıdurmasını qınayaraq, bu cür halların bir daha təkrar olunmasına yol verməyəcəyini bildirib.

Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı, əmin-amanlığı və ifahı uğrunda mübarizəyə çağırıb.

Qeyd edək ki, Qırğızıstan prezidentinin andiçmə mərasimində Azərbaycandan bas nazir Artur Rasizadə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR