Bank Of Baku

İran ABŞ-a məxsus pilotsuz təyyarəni geri verməyəcəyini açıqlayıb

İran ABŞ-a məxsus pilotsuz təyyarəni geri verməyəcəyini açıqlayıb
# 12 dekabr 2011 07:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ötən həftə ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında yerə salınan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini geri verməyəcəyini açıqlayıb. APA-nın məlumatına görə, bu barədə iranlı general Hüseyn Salami dövlət televiziyasına açıqlamasında bildirib. O deyib ki, İranın hava məkanının pozulması düşmənçilik hərəkətidir və bunun qarşılığı veriləcək.

Hüseyn Salami bəyan edib ki, gizli və əhəmiyyətli kəşfiyyat məlumatlarını əldə etmək məqsədilə bir ölkənin milli təhlükəsizliyinə istiqamətlənmiş hərəkətə yol vermiş tərəfə istifadə etdiyi təcavüzkarlıq simvolu geri verilməz: “ABŞ-ın “RQ-170” tipli pilotsuz təyyarəsinin ələ keçirilməsi bizim üçün zəfər, onlar üçün isə məğlubiyyətdir. Biz pilotsuz hava vasitələri sahəsində ən müasir texnologiyaya sahib ölkələrdən biriyik. ABŞ müasir texnologiya sahəsində İrandan çox da irəlidə deyil. Bir də kəşfiyyat döyüşünü qazanan tərəf istifadə etdiyi metodları açıqlamaz. Pilotsuz təyyarəni necə kəşf etdiyimiz, müdaxilə etdiyimiz və yerə endirdiyimiz haqqında məlumat verə bilmərəm".

Bu arada İran pilotsuz təyyarə ilə bağlı Əfqanıstana nota verib. ABŞ-a məxsus “RQ-170” tipli pilotsuz təyyarənin İranın hava məkanını pozmasına etiraz əlaməti olaraq Əfqanıstanın Tehrandakı səfiri Ubeydullah Ubeyd bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Əfqan diplomata İranın rəsmi etiraz məktubu təqdim olunub. Məktubda İranın bu hava hücumunu şiddətlə qınadığı qeyd olunub, Əfqanıstan hökumətinin mehriban qonşuluq münasibətlərinə dair məsuliyyətini yaxşı dərk etməsinin vacibliyi xatırladılıb. Eyni zamanda rəsmi Kabilin bu hadisəyə bir an əvvəl şərh verməsi və bu cür cəhdlərin bir daha təkrarlanmaması üçün bütün səylərini əsirgəməməsi istənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR