Bank Of Baku

İran parlamentinin üzvü: “İranın NATO-nun Türkiyədə quraşdıracağı raket hücumundan müdafiə sistemini zərərsizləşdirmək planları var”

İran parlamentinin üzvü: “İranın NATO-nun Türkiyədə quraşdıracağı raket hücumundan müdafiə sistemini zərərsizləşdirmək planları var”
# 12 dekabr 2011 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri “Şərq” qəzetinə müsahibəsində İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn İbrahimi bildirib. Onun sözlərinə görə, Türkiyənin Malatya şəhərində quraşdırılacaq RƏM-in vurulması İranın təbii haqqıdır: "Bu sistem əslində sionist rejimi qorumaq məqsədi daşıyır. NATO adı altında İsrail üçün quraşdırılır. Türkiyə problemlə üzləşməmək üçün torpaqlarında belə bir sistemin quraşdırılmasına icazə verməməliydi. Biz İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının yığıncağında Türkiyə ilə əlaqələri yaxından araşdırırıq. İran NATO-nun raketdən müdafiə sisteminin Türkiyədə quraşdırılması gündəmə gəldiyi gündən etibarən bu işin pis nəticələri haqda Ankaraya xəbərdarlıq edib”.

Qeyd edək ki, iki həftə əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə də ölkəsinə qarşı mümkün hücumda ilk əvvəl Türkiyədə quraşdırılması planlaşdırılan NATO-nun raketdən müdafiə sistemini hədəf alacaqlarını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR