Bank Of Baku

Türkiyə İrandan izahat istəyib

Türkiyə İrandan izahat istəyib
# 14 dekabr 2011 09:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Ankara İranda Türkiyəyə qarşı səslənən növbəti təhdidlə əlaqədar Tehrandan izahat tələb edib. APA-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə telefon əlaqəsi saxlayaraq İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr müavini Hüseyn İbrahiminin açıqlamasına aydınlıq gətirməsini istəyib. Əli Əkbər Salehi isə iranlı deputatın fikirlərinin İran hökumətinin mövqeyini əks etdirmədiyini bildirib.

Qeyd edək ki, H. İbrahimi İran Silahlı Qüvvələrinin Türkiyənin Malatya vilayətində quraşdırılacaq NATO-nun raketdən müdafiə radarını zərərsizləşdirmək üçün planları olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR