Bank Of Baku

Hindistanda saxta alkoqollu içkidən ölənlərin sayı 81 nəfərə çatıb

Hindistanda saxta alkoqollu içkidən ölənlərin sayı 81 nəfərə çatıb
# 15 dekabr 2011 07:36 (UTC +04:00)
APA-nın məlumatına görə, ilkin məlumatda 60 nəfərin öldüyü, 100 nəfərin xəstəxanalarda həkim nəzarəti altında olduğu bildirilirdi. Bu gün səhər daha 20 nəfər ölüb və bununla da saxta alkoqol qəbulundan ölənlərin sayı 81-ə çatıb. Həkimlər daha bir neçə nəfərin vəziyyətinin ağır olduğunu bildirirlər. Zəhərlənənlərin hamısı spirtli içkini Sanqrampur dəmiryolu stansiyası yaxınlığındakı kafedə qəbul ediblər. Axşam saatlarında bir çox insan zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib. İlk ölüm faktı dünən səhər qeydə alınıb, daha sonra saxta içki qurbanlarının sayı sürətlə artmağa başlayıb. Yerli səhiyyə idarəsi insanların metil spirtindən zəhərləndiyini açıqlayıb. Ölənlərin əksəriyyəti fəhlələr, rikşa sürücüləri və kəndlilərdir. Polis metil spirtindən içki hazırlayan dörd nəfəri həbs edib. Yerli sakinlər içki istehsal olunan yeri yandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR