Bank Of Baku

Manuçöhr Möttəki: “Türkiyə anlamalıdır ki, Bəşər Əsəd rejimi yıxılmayacaq”

Manuçöhr Möttəki: “Türkiyə anlamalıdır ki, Bəşər Əsəd rejimi yıxılmayacaq”
# 20 dekabr 2011 10:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın sabiq xarici işlər naziri Mənuçöhr Möttəki Türkiyənin Suriya ilə bağlı yürütdüyü siyasəti kəskin şəkildə pisləyib. APA-nın məlumatına görə, M. Möttəki Tehran Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib ki, Türkiyə rəsmiləri Suriyaya qarşı mövqelərini dəyişməlidirlər: “Son üç ayda yürüdülən siyasət yanlışdır və buna yenidən baxılması lazımdır. Çünki bu siyasət nəticə verməyəcək. Türkiyə Bəşər Əsəd rejiminin yıxılmayacağını anlamalıdır”. O, Səudiyyə Ərəbistanını da kəskin tənqid edib: “Son zamanlarda Səudiyyə Ərəbistanı ərəb ölkələrinin daxili işlərinə qarışır. Bunun çox pis nəticəsini İraqda gördük. İndi də Suriya müxalifətinə kömək edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR