Bank Of Baku

ABŞ İranda casusluqda təqsirləndirilərək həbs olunan Əmir Mirzəyi Hikmətinin dərhal azadlığa buraxılmasını tələb edib

ABŞ İranda casusluqda təqsirləndirilərək həbs olunan Əmir Mirzəyi Hikmətinin dərhal azadlığa buraxılmasını tələb edib
# 20 dekabr 2011 10:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ İran hökumətindən Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilərək həbs olunmuş ölkə vətəndaşı Əmir Mirzəyi Hikmətinin dərhal azadlığa buraxılmasını tələb edib. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bu şəxsin casus olmadığını, İranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirliyinin vasitəçiliyi ilə Ə. M. Hikməti ilə görüşmək niyyətində olduqlarını söyləyib.

Əmir Mirzəyi Hikmətinin atası Əli Hikməti oğluna qarşı irəli sürülmüş ittihamların hamısını rədd edərək onun anasının bütün təkidlərinə baxmayaraq, 4 ay əvvəl nənəsini görmək üçün İrana getdiyini açıqlayıb. O, oğlunun heç vaxt ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə işləmədiyini, bu ölkənin hərbi dəniz qüvvələrində ərəb dili üzrə tərcüməçi kimi çalışdığını deyib.

Qeyd edək ki, İranda həbs olunan Əmir Mirzəyi Hikməti barədə bu ölkənin telekanallarında xüsusi proqram yayımlanıb. Müsahibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və MOSSAD-ın agenti kimi təqdim olunan İran əsilli ABŞ vətəndaşının Arizona ştatında doğulduğu, 30 yaşı olduğu, ABŞ-ın İraq və Əfqanıstandakı hərbi bazasında xidmət etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR