Bank Of Baku

İran AEBA müfəttişlərini ölkəyə dəvət edib

İran AEBA müfəttişlərini ölkəyə dəvət edib
# 20 dekabr 2011 18:52 (UTC +04:00)
Bakı-APA. Iran hökuməti Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini “bir neçə məsələni həll etmək” üçün ölkəyə dəvət edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə İranın AEBA-dakı nümayəndəsi Əli Əsgər Soltaniyə bildirib.

O deyib ki, bu barədə rəsmi məktub AEBA-nın rəhbəri Yukiya Amanoya çatdırılıb.

İran müfəttişləri bu təşkilatın İranın nüvə proqramı ilə bağlı dərc etdiyi hesabatdan sonra ilk dəfə ölkəyə dəvət edib.

Xatırladaq ki, AEBA-nın hesabatında deyilir ki, İran 2003-cü ilə qədər nüvə silahının istehsalı üzərində işləyib və ehtimal olunur ki, bu istiqamətdə işlər hələ də davam etdirilir.

Tehran isə hesabatın qərəzli olduğunu və siyasi məna daşıdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR