Bank Of Baku

Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası Mərakeş və İordaniyaya $5 mlrd yardım ayırıb

Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası Mərakeş və İordaniyaya $5 mlrd yardım ayırıb
# 20 dekabr 2011 19:43 (UTC +04:00)
Bakı-APA. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası Mərakeş və İordaniyaya $5 mlrd məbləğində yardım fondu yaradıb.
APA-nın verdiyi xəbərə görə, şuranın qəbul etdiyi birgə bəyanatda deyilir ki, bu vəsait Mərakeş və İordaniyada iqtisadi layihələrin reallaşdırılmasına sərf olunacaq.
Bir qədər əvvəl bu iki ölkə şuraya üzv olmaq istəyini bildiriblər.
Xatırladaq ki, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR