Bank Of Baku

İran pilotsuz təyyarə ilə bağlı beynəlxalq təşkilatlara şikayət edəcək

İran pilotsuz təyyarə ilə bağlı beynəlxalq təşkilatlara şikayət edəcək
# 21 dekabr 2011 01:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarə ilə bağlı beynəlxalq təşkilatlara və qurumlara müraciət edəcək. APA-nın məlumatına görə, bu barədə İran xarici işlər naziri Əli Əkbər Salehi açıqlama verib. Pilotsuz təyyarənin İran hava sərhədini pozduğunu qeyd edən Əli Əkbər Salehi bu səbəbdən ABŞ-ı beynəlxalq qurumlara şikayət edəcəklərini bildirib: “Məsələni beynəlxalq platformalarda gündəmə gətirəcəyik. Bu ABŞ-ın İrana qarşı təcavüzkar addımıdır. İran pilotsuz casus təyyarəni geri qaytarmayacaq”. Əli Əkbər Salehi bu məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına və BMT-nin baş katibinə yazılı müraciət etdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR