Bank Of Baku

Körfəz ölkələri İrana xəbərdarlıq edib

Körfəz ölkələri İrana xəbərdarlıq edib
# 21 dekabr 2011 04:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA.Körfəz ölkələrinin Əməkdaşlıq Şurası İrana bu quruma üzv ölkələrin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib. APA-nın məlumatına görə, dekabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində toplanan 6 ərəb ölkəsi bəyanat yayaraq Tehrandan bu siyasətinə son qoymasını tələb ediblər. Eyni zamanda onlar İranı məzhəblər arasında nifaq salmamağa da çağırıblar.
Qeyd edək ki, Körfəz ölkələrinin əməkdaşlıq şurasına Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi və Oman daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR