Bank Of Baku

Yəməndə sünni-şiə qarşıdurmasında 4 Rusiya vətəndaşı ölüb

Yəməndə sünni-şiə qarşıdurmasında 4 Rusiya vətəndaşı ölüb
# 21 dekabr 2011 12:55 (UTC +04:00)
Bakı-APA. Yəməndə sünnilərlə şiələr arasında baş verən silahlı toqquşmalarda 4 Rusiya vətəndaşı həlak olub. APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi ölən şəxslərin adlarını açıqlamır. Həlak olan Rusiya vətəndaşları Damaq şəhərində yerləşən “Dar əl-Hədis” mədrəsəsinin tələbələridir. Hazırda bu dini mərkəzdə 36 Rusiya vətəndaşı təhsil alır. Tələbələrin Yəmənə qeyri-leqal yolla gəldiyi bildirilir.

Qeyd edək ki, ötən aydan etibarən Daqan şəhəri hökumət qüvvələrinin tərəfində döyüşən sünnilərlə Al-Xusi şiə qəbilə birləşməsinin döyüşçüləri arasında qarşıdurmanın mərkəzinə çevrilib. Qarşıdurma nəticəsində 60 nəfər, o cümlədən 4 Rusiya vətəndaşı ölüb.

Rusiya Xarici İşlər Nazirliyi toqquşma bölgəsində olan Rusiya vətəndaşlarına kömək etmək üçün humanitar təşkilatlarla danışıqlara başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR