Bank Of Baku

Çin İranla əməkdaşlıq edən şirkətlərinə xəbərdarlıq edib

Çin İranla əməkdaşlıq edən şirkətlərinə xəbərdarlıq edib
# 21 dekabr 2011 16:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın Çinə satdığı dəmir filizi çox keyfiyyətsizdir və İran iş adamları ticarət əməkdaşlığına məsuliyyətsiz yanaşırlar”. APA-nın məlumatına görə, bu barədə Çin Ticarət Nazirliyinin yaydığı bəyanatda bildirilib.

İrandan alınan dəmir filizlərinin keyfiyyətsiz olduğu ilə bağlı yerli şirkətlərə xəbərdarlıq edən nazirlik İranın standartlara uyğun olmayan dəmir filizlərinə və müqavilədə nəzərdə tutulan müddətdə məhsulu təhvil verməməsinə görə Çin şirkətlərinə külli miqdarda zərər dəydiyini açıqlayıb. Məsələ ilə bağlı İrana səfər edən Çin şirkətlərinin nümayəndələri bu ölkədə fiziki təhdidlə qarşılaşıblar. Hətta bir neçəsinə hücum edildiyi xəbəri də yayılıb. Bu səbəbdən Çinin Ticarət Nazirliyi yerli şirkətlərə İranla ticarət əlaqələrində ehtiyatlı olmağı tövsiyə edib.

Qeyd edək ki, neftdən sonra dəmir filizi ixracı İran dövlətinin əsas gəlir mənbələrindən biridir. Çin İrandan son iki ayda 15,7 milyon ton dəmir filizi idxal edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR