Bank Of Baku

İranda həbsdə olan azərbaycanlı fəallar azadlığa buraxılıb

İranda həbsdə olan azərbaycanlı fəallar azadlığa buraxılıb
# 22 dekabr 2011 12:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün saat 11.30 radələrində İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan üç nəfər 4 aylıq həbs cəzasını çəkdikdən sonra Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıblar. APA-nun məlumatına görə, azadlığa buraxılan şəxslər Cəlil Ələmdar Milani, Qadir Novruzi və Əli Şirnakdır. Onlar bu il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunublar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları 4 ay azadlıqdan məhrum edib, eyni zamanda onlar barəsində 20 ay şərti həbs cəzası çıxarıb.

Dünən isə İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Səccad İskəndəri həbs olunub. APA-nın məlumatına görə, ETTELAAT əməkdaşları “Türkqala” adlı şirkətin rəhbəri olan azərbaycanlı fəalın Miyandab (Qoşaçay) şəhərinin Çaburç məhəlləsindəki evinə basqın edərək mənzildə axtarış aparıb, ona məxsus şəxsi əşyalarını müsadirə edib və Səccad İskəndərinin əl-qolunu qandallayıb özləri ilə aparıblar. Bundan əlavə, Azərbaycan dilində yazıldığı üçün “Türkqala” şirkətinə aid sənədləri və möhürü də müsadirə ediblər. ETTELAAT əməkdaşları məhəllədə bir neçə azərbaycanlı fəalın evində də axtarış aparıblar, ancaq mənzildə olmadıqları üçün onları həbs edə bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR