Bank Of Baku

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında geniş miqyaslı təlimlər keçirəcək

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında geniş miqyaslı təlimlər keçirəcək
# 22 dekabr 2011 14:48 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dekabrın 24-də başlayacaq təlimlərin 10 gün davam edəcəyi və Hörmüz boğazının şərqindən Ədən Körfəzinə qədər olan 2 min kilometrlik dəniz sahəsini əhatə edəcəyi bildirilir.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibullah Sayyari sualtı dəniz müharibəsi taktikalarının sınaqdan keçiriləcəyi “Velayət-90” adlı təlimlərdə müasir raket sistemləri, torpedolar və pilotsuz təyyarələrdən istifadə olunacağını söyləyib. Təlim İran dəniz qüvvələrinin gücünü nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd edək ki, Hörmüz boğazı vasitəsilə beynəlxalq bazarlara gündə 15,5 milyon barel neft daşınır. İran hücuma məruz qalarsa Hörmüz boğazını bağlayacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR