Bank Of Baku

İran İslam Əməkdaşlıq Təşkilatına ABŞ-dan şikayət edib

İran İslam Əməkdaşlıq Təşkilatına ABŞ-dan şikayət edib
# 23 dekabr 2011 02:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ-la bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmeleddin İhsanoğluna məktub yazıb. APA-nın məlumatına görə, Əli Əkbər Salehi məktubunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsinin ölkəsinin hava məkanını pozduğunu qeyd edərək lazımi addımlar atılmasını istəyib. İran xarici işlər nazirinin məktubunu Ekmeleddin İhsanoğluna İƏT-nin İran üzrə nümayəndəsi Həmid Rza Dehqani təqdim edib. Həmid Rza Dehqani məktubu verərkən ABŞ-ın beynəlxalq qanunları açıq şəkildə pozduğunu bildirib: “Bu hadisəyə görə ABŞ qınanmalıdır. İslam Əməkdaşlıq Təşkilatının məsələ ilə bağlı İran İslam Respublikasını dəstəkləyəcəyini gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR