Bank Of Baku

İran prezidenti Ermənistana səfər edib

İran prezidenti Ermənistana səfər edib
# 23 dekabr 2011 10:31 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. İran prezidenti Mahmud Əhmədinejat Ermənistana səfər edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə beynəlxalq əməkdaşlıq məsələləri üzrə vitse-prezident Əli Səidli, xarici işlər naziri Əli Əkbər Salehi, energetika naziri Məcid Namcu, əmək və sosial müdafiə naziri Abdulrza Şeyxülislami, İranın vitse-prezidenti, ətraf mühitin mühafizəsi təşkilatının prezidenti Məhəmməd Məhəmmədzadə, standartlaşdırma və sənaye araşdırmaları təşkilatının rəhbəri Nizaməddin Barzqari daxil olub.

Səfər çərçivəsində İran prezidenti Ermənistanın dövlət başçısı Serj Sərkisyan, baş nazir Tiqran Sərkisyan və parlamentin spikeri Samvel Nikoyan ilə görüşlər keçirəcək. İran prezidenti həmçinin Ermənistanda yaşayan İran vətəndaşları ilə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR