Bank Of Baku

Suriyada baş verən terror aksiyalarında 30-dan çox adam ölüb

Suriyada baş verən terror aksiyalarında 30-dan çox adam ölüb
# 23 dekabr 2011 13:24 (UTC +04:00)
Bakı – APA. Suriyanın paytaxtı Dəməşq şəhərində 2 partlayış baş verib. APA-nın məlumatına görə, Suriya dövlət televiziyası terror aktları nəticəsində azı 30 nəfərin öldüyü, 50-dən çox adamın yaralandığı barədə xəbər yayıb. Ölənlər arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Partlayışları 2 terrorçu-kamikadzenin törətdiyi bildirilir. Onlar bomba yüklənmiş avtomobillərlə eyni anda Dövlət Təhlükəsizlik Baş İdarəsi və bu quruma məxsus başqa binaya daxil olublar.

Suriya hakimiyyəti terroru “Əl-Qaida”nın törətdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR