Bank Of Baku

İranlı hüquq müdafiəçisinin anası “BBC” telekanalına müsahibə verdiyi üçün 23 ay müddətinə azadlıqdan məhrum edilib

İranlı hüquq müdafiəçisinin anası “BBC” telekanalına müsahibə verdiyi üçün 23 ay müddətinə azadlıqdan məhrum edilib
# 23 dekabr 2011 14:19 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda həbsdə olan oğlu ilə bağlı “BBC” telekanalına müsahibə verən Pərvin Muxtari 23 ay müddətinə azadlıqdam məhrum edilib. APA-nın məlumatına görə, Pərvin Muxtarinin oğlu Kohyar Godərzi İranda insan hüquqları müdafiəçisidir və 2010-cu ildə həbs edilib. Məhkəmənin oğlu barədə çıxardığı qərara etraz edən anası 5 ay əvvəl xarici mətbuata müsahibə verdiyi üçün 2011-ci ilin avqust ayında həbs edilib. Hakimiyyətin əleyhinə təbliğatda ittiham olunan Pərvin Muxtari 2011-ci il dekabrın 22-də Kirman İnqilab Məhkəməsində mühakimə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR