Bank Of Baku

Sanksiyalar İranın neft gəlirinin azalmasına səbəb olub

Sanksiyalar İranın neft gəlirinin azalmasına səbəb olub
# 24 dekabr 2011 01:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın nüvə proqramı ilə əlaqədar tətbiq olunmuş sərt sanksiyalar nəticəsində bu ölkənin neft sahəsinə investisiya qoyuluşu azalıb. Bu səbəbdən də ölkənin gəliri aşağı düşüb. APA-nın məlumatına görə, İranın neft nazirinin müavini Əhməd Kəlabani bildirib ki, ötən illə müqayisədə ölkədə neft hasilatı aşağı düşüb. Buna səbəb lazımi investisiyanın çatışmazlığıdır. Lakin nazir müavini neftdən gələn gəlirin nə qədər azaldığını açıqlamayıb.
Qeyd edək ki, İran dünyanın xam neft ixrac edən ən böyük beşinci ölkəsidir. Hazırda bu ölkə sutkada 3,5 milyon barel neft hasil edir, ancaq 2015-ci ilədək bu rəqəmi sutkada 5,1 milyon barelə çatdırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR