Bank Of Baku

İran Müşarikət Cəbhəsi parlament seçkilərinə qatılmayacağını açıqlayıb

İran Müşarikət Cəbhəsi parlament seçkilərinə qatılmayacağını açıqlayıb
# 24 dekabr 2011 16:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Müşarikət Cəbhəsi gələn ilin martında ölkədə keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. APA-nın məlumatına görə, islahatçı qurumun yaydığı bəyanatda seçkilərin nəticəsinə inanmağın mümkünsüz olduğu, bu baxımdan seçkiyə qatılmağın mənasız olduğu bildirilib. Eyni zamanda sənəddə qeyd olunur ki, ölkədəki siyasi durumun qapalı olması, siyasi partiyaların fəaliyyətinə məhdudiyyətlər yaradılması, rəqabət mühitinin olmaması və qeyri-hökumət təşkilatlarının hüquqi fəaliyyətlərinə icazə verilməməsi azad və demokratik seçkilərin keçirilməsini mümkünsüz edir. Bəyanatda azad mətbuatın mövcud olmadığı bildirilərək IX dövr parlament seçkilərinin sadəcə, bir görüntü olacağı vurğulanıb.

Qeyd edək ki, İran Müşarikət Cəbhəsi 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyinə görə fəaliyyətinə rəsmi şəkildə qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR