Bank Of Baku

İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 24 dekabr 2011 21:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İranda narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 7 nəfər edam edilib. APA-nın məlumatına görə, ölüm hökmü Urmiya Mərkəzi Həbsxanasında icra olunub. “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) 7 nəfərin edamı ilə bağlı yaydığı açıqlamada bildirib ki, işgəncələrə məruz qalan bu şəxslərin əksəriyyəti istintaq zamanı “günahlar”ını etiraf etməyə məcbur olunublar.
Qeyd edək ki, bu gün edam edilən 7 nəfərdən biri azərbaycanlı Yusif İslamdüstdür. Onun atası Mahmud İslamdüst oğlunun günahsız olduğunu bildirib: “Məhkəmənin hakimi oğlumun 6-7 ay həbs cəzası alacağını deyib. Amma İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) tələbi ilə hakim edam hökmü verib. Oğlum həbsdə olduğu 50 gün müddətində işgəncələrə məruz qalıb. Bizim hüquqlarımızı İranda müdafiə edən yoxdur. Lütfən səsimizi beynəlxalq təşkilatlara çatdırın”. O, tanıdığı daha iki nəfər azərbaycanlının - Allahverdi Əhmədpur və Əhməd Cəmşidcəmin də edama məhkum olunduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR