Bank Of Baku

İranın Hərbi-Dəniz Qüvvələri geniş miqyaslı hərbi təlimlərə başlayıb

İranın Hərbi-Dəniz Qüvvələri geniş miqyaslı hərbi təlimlərə başlayıb
# 25 dekabr 2011 01:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA Dekabrın 24-də İranın Hərbi-Dəniz Qüvvələri Hörmüz boğazının şərqindən Oman və Ədən körfəzlərinə qədər olan 2 min kilometrlik bir sahədə on günlük “Velayət-90” adlı geniş miqyaslı hərbi manevrə başlayıb. APA-nın məlumatına görə, bu barədə ölkənin ərəbcə yayımlanan “əl-Aləm” televiziyası məlumat yayıb. Xəbər ABŞ-ın Bəsrə körfəzindəki hərbi qüvvələri tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, ötən gün İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Həbibullah Səyyari sualtı dəniz müharibəsi taktikalarının sınaqdan keçiriləcəyi təlimlərdə müasir raket sistemləri, torpedalar və pilotsuz təyyarələrdən istifadə olunacağını da söyləyib. Təlim İranın Hərbi-Dəniz Qüvvələrinin gücünü nümayiş etdirmək məqsədi daşıyır. Hörmüz boğazı vasitəsilə beynəlxalq bazarlara gündə 15,5 milyon barel neft daşınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR