Bank Of Baku

İranda biri tələbə olmaqla üç nəfər edam olunub

İranda biri tələbə olmaqla üç nəfər edam olunub
# 26 dekabr 2011 06:52 (UTC +04:00)
APA-nın məlumatına görə, ölüm hökmü 2011-ci ilin dekabrın 24-də səhər saatlarında Gilan vilayətinin Ləkən şəhərində icra olunub. Edam edilənlərdən biri 26 yaşlı Məhəmmədrza Talldır. Onun qardaşı da iki həftə öncə edam edilib.

Dekabrın 25-də isə Əhvaz şəhərində bir nəfər dar ağacından asılıb. Ölüm hökmü Karun həbsxanasında icra olunub. Edam olunan şəxs Condi Şapur Universitetinin mexanika fakültəsinin tələbəsi Hadi Əmiridir. O, 2008-ci ildə bir nəfəri bıçaqlayaraq qətlə yetirib. Ailəsi Hadi Əmirinin bağışlanması üçün qətlə yetirilən şəxsin valideynlərinə müraciət etsələr də, nəticəsi olmayıb. Edam hökmü üç il həbsdən sonra hər iki tərəfin valideynlərinin gözü qarşısında həyata keçirilib.

Dekabrın 24-də İranın Məscid Süleyman şəhərində isə bir nəfərə 74 zərbə şallaq vurulub. Hökm əhalinin gözü qarşısında yerinə yetirilib.
Həmin şəxs nikahdan kənar münasibətdə olmaqda günahlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR